Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ
qərargahdan verilən məlumata görə, sutka ərzində ölkədə 478 yoluxma
və 7 ölüm hadisəsi qeydə alınıb.
Rəsmi məlumatlara görə, hazırda ümumilikdə 13 207 yoluxma halının
qeydə alındığı Azərbaycanda tibb müəssisələrində 5 958 xəstə
müalicə olunur. Ölənlərin ümumi sayı isə 161-ə çatıb.
Ötən sutka ərzində Ermənistanda qeydə alınan yeni yoluxma
hallarının sayı 418 olub.
Ermənistanda ümumilikdə 21 mindən çox yoluxma halı qeydə alınıb və
500-ə yaxın xəstə dünyasını dəyişib.