Kirəç-Muğanlıda koronavirusla bağlı götürülmüş analizlərin cavabı mənfidir

Marneuli bələdiyyəsinin Kirəç-Muğanlı kəndində götürülmüş 17 testin cavabı mənfidir.


Bu barədə Yoluxucu Xəstəliklər Departamentinin epidemioloqu Pikria Şavreşiani bildirdi. Analizlər dünən, 22 iyun tarixində götürülüb.

“Əvvəlki xəstələri qəbul etməyimizdən 14 gün keçib və onlarla təmasda olan 17 nəfərdən analiz götürmüşük. Cavabların hamısı mənfidir.”

Pikria Şavreşianinin bildirdiyinə görə Kirəç-Muğanlıda bu gün analiz götürülmür. Lazım olan halda isə yerli Səhiyyə Mərkəzi götürəcək.

 

Print Email
FaceBook Twitter Google