Marneulidəki “Geo Hopsitals” klinikasında iki həftədən artıqdır ki, koronavirusa yoluxma qeydə alınmayıb
Marneulidəki “Geo Hopsitals” klinikasında iki həftədən artıqdır ki, koronavirusa yoluxma qeydə alınmayıb. Bu barədə xəstəxananın kliniki direktoru Tata Şenqelaia bildirdi.

“Xeyli vaxtdır klinikada sakitlikdir. Xəstələrimiz həmişə var. Gündəlik analizlər götürürük, Luqar laboratoriyasına göndəririk və xoşbəxtlikdən indiyə kimi hamısının cavabı mənfidir.”


Bu günə olan məlumatlara görə, Gürcüstan 917 yoluxma halı qeydə alınıb. Bunlardan 776 nəfəri sağalıb, 14 nəfər dünyasını dəyişib. 2687 nəfər isə karantin rejimindədir.


Print Email
FaceBook Twitter Google