“Mtavari” azərbaycan dilində olan müsahibələri bilərəkdən səhv tərcümə edib - DTX

Dövlət Təhlükəsizlik Xidməti “Mtavari” kanalında yayımlanan süjet ilə bağlı açıqlama yayıb.



Söhbət “Mtavari” kanalının hazırladığı süjetdən gedir. Həmin süjetdə bildirilir ki, bir neçə şəxs ailə üzvlərinin başqa bir xəstəlikdən öldüyünü, ancaq ölüm səbəbi olaraq COVID-19 virusunu qeyd etməyə onlardan razılıq istədiklərini bildirirlər. Bunun müqabilində isə onlara pul təklif edirlər.

DTX qeyd edir ki, “Mtavari” kanalının süjetində müsahibə verən şəxslər bu gün şahid qismində dindirilib. Qurumun bildirdiyinə görə, vətəndaşlar jurnalistə belə bir söz demədiklərini və “Mtavari” kanalının azərbaycan dilində olan reportajının bilərəkdən səhv tərcümə olunduğunu bildiriblər.

"Süjetdə göstərilən vətəndaşlar, sorğu zamanı “Mtavari” kanalının hazırladığı süjetdə onlardan götürülən müsahibənin montaj olunduğunu bildiriblər. Daha dəqiq desək, onlar jurnalistə mərhumun ailə üzvləri üçün tibb işçilərindən və hakimiyyət üzvlərindən pul təzminatı qarşılığında ölümün yeni koronavirusun səbəbindən olmasını elan etmələrini istəməkləri haqqında heç bir məlumata sahib olmadıqlarını bildiriblər. Buna baxmayaraq, “Mtavari” kanalı onların azərbaycan dilində olan reportajlarını bilərəkdən təhrif edib və faktların köklü şəkildə fərqli təfsiri ilə əhatə edib ki, bu da süjetdəki vətəndaşların böyük narazılığına səbəb olub və onlar faktla bağlı hüquqi cavab tələb ediblər”, -
deyə DTX-nın bəyanatında bildirilir.

Qurumun bildirdiyinə görə, “Mtavari” kanalı bu addımı ilə bir tərəfdən hökuməti ləkələməyə və onu qəsdən qanunsuz hərəkətlərdə ittiham etməyə çalışacaqdı. İkinci tərəfdən isə cəmiyyət içərisində qorumasızlıq hissi yaratmaqla və dünyada elan olunmuş yeni koronavirus pandemiyası fonunda dezinformasiya yaymaqla Gürcüstanda əhalinin psixologiyasına mənfi təsir göstərməyə çalışacaqdı. Bu isə öz növbəsində onların ədalətli etirazına səbəb olacaq və dövlət qurumlarının və təşkilatların rəvan fəaliyyətinə mane olacaqdı.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google