“Wizz Air” rəsmi bəyanat yayıb
Macarıstanın aşağı büdcəli “Wizz Air” şirkəti rəsmi açıqlama yayıb. Aviaşirkət müntəzəm kommersiya uçuşları bərpa edilən kimi Gürcüstan və digər ölkələr arasında uçuşlar həyata keçirməyə hazır olduğunu bildirib.

“Qlobal və yerli epidemioloji vəziyyəti nəzərə alan "Wizz Air” Gürcüstan hökumətinin tənzimlərmələrini fəal şəkildə izləyir və bu tənzimləmələri nəzərə alaraq ölkədəki fəaliyyətini davam etdirir.

“Wizz Air” Gürcüstan aviasiya bazarında 2012-ci ildən bəri fəaliyyət göstərir və bazanın qurulmasından sonra 2016-cı ildə öz fəaliyyətini daha da genişləndirib. “Wizz Air” 2,5 milyondan çox sərnişin daşınmasını təmin edərək Gürcüstanın aparıcı aviaşirkətlərindən birinə çevrildi ki, bununla da son illərdə nəqliyyat və turizmin güclənməsinə əhəmiyyətli dərəcədə töhfə verib.

“Wizz Air” müntəzəm kommersiya uçuşları bərpa edildikdən sonra Gürcüstan və digər ölkələr arasında uçuşlar həyata keçirməyə hazır olduğunu bildirir.

“Wizz Air”, qlobal epidemioloji vəziyyət yaxşılaşdıqdan və səyahət tələbi əvvəlki səviyyəyə qayıtmağa başladıqdan sonra uçuşları bərpa etməyə və Kutaisi Beynəlxalq Hava Limanından yeni istiqamətlər əlavə etməyə hazırdır",
– aviaşirkətin bəyanatında bildirilir.

Xatırladırıq ki, yayılan məlumata görə, “Wizz Air” Kutaisidəki bazanı bağlamağı planlaşdırırdı.
Print Email
FaceBook Twitter Google