Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, “Qətiyyətli
dəstək” missiyası ilə Əfqanıstanda rotasiyada olan kontingentdən 28
hərbçidə koronavirus təqsdiqlənib.
Qurumdan bildirirlər ki, onlar xüsusi reyslə Almaniyanın hava
qüvvələrinin hərbi təyyarəsi ilə, rotasiya ilə nəzərə alınmış
vaxtdan bir neçə həftə əvvəl Gürcüstana gətiriliblər.
Nazirliyin məlumatına görə, əsgərlərin vəziyyəti qənaətbəxşdir.
“Onlarla birgə həkimlər və başqa tibb heyəti də olub.
Hərbçilərin vəziyyəti qənaətbəxşdir. Əlamətlərdə isə ağırlaşma və
şikayətlər yoxdur. Yoluxma mənbəyi isə yerli əfqan heyəti ilə
bağlıdır”, – qurumdan bildirirlər.
Qurumun məlumatına görə, hərbi xidmətçilər Gürcüstana uçana qədər
NATO-nun komandanlığı altında olan şəxsi tərkib kimi NATO
tərəfindən tətbiq olunmuş qaydalara riayət edərək xüsusi təcrid
sahələrinə yerləşdiriliblər. Qurumdan bildiriblər ki, missiyada
olan başqa gürcü hərbçilərinin virusa yoluxma təhlükəsi yoxdur.
Hərbi xidmətçilər müvafiq tibbi xidmət və müalicəni Qori hərbi
hospitalında davam etdirəcəklər. Qalan hərbi xidmətçilər isə ölkəyə
qayıtdıqdan sonra virusun qarşısının alınması məqsədi ilə tətbiq
edilmiş qaydaya uyğun olaraq 2 həftəlik karantində qalacaqlar.