Siyahıda kimin birinci olmasının və hansı partiyanın çox səs
toplayacağının əhəmiyyəti yoxdur, bu da ikinci dərəcəli ola bilər,
əsas odur ki, müxalifət, hökumət, mülki cəmiyyət, hamımız birgə
nümunəvi seçkilər keçirək.
Bu barədə Baş nazir Qiorqi Qaxaria jurnalistlərə bildirib.
Onun sözlərinə görə, komandanın problemlər fonunda siyahının
başında kimin olacağı ilə bağlı müzakirə aparmağa vaxtı yoxdur.
“Bir neçə dəfə dedim və bir daha təkrar edirəm. Mən
sonuncu nömrə olacağam, hansı nömrə olmağımın heç bir əhəmiyyəti
yoxdur. Bunu səmimi deyirəm, mənim, hökumətin əsas məqsədi ilk
növbədə pandemiyadır. İkinci məqsəd daha vacibdir – bizim iqtisadi
dirçəlişimiz. Bizim epidemioloji böhranımız iqtisadi böhrana
çevrildi və bizim məqsədimiz hər bir gürcü ailəsinə, bizim hər
hansı vətəndaşımıza dəyən zərərin minimuma endirilməsidir. Üçüncü
məqsəd isə pandemiya və iqtisadi böhran dövründə seçkilərin sakit
və demokratik şəkildə keçirilməsidir.
Necə düşünürsünüz? Bu üç böyük problemin, müharibənin ortasında
mənim, yaxud hansısa hökumət üzvünün siyahıda birinci, yaxud
sonuncu olacağını müzakirə etmək üçün vaxtı yoxdur və bu bizim üçün
əhəmiyyət daşımır. Mən əvvəldən də deyirdim ki, iki cəbhədə
mübarizə aparırıq. Hesab edin ki, indi üçüncü cəbhədə mübarizə
aparılır. Siyahıda kimin birinci olmasının və hansı partiyanın çox
səs toplayacağının əhəmiyyəti yoxdur, bu da ikinci dərəcəli ola
bilər, əsas odur ki, müxalifət, hökumət, mülki cəmiyyət, hamımız
birgə nümunəvi seçkilər keçirək. Bu bəzi siyasətçilərin yaratdığı
və birdəfəlik nöqtə qoyulacaq çox fərziyyənin
açarıdır”, – Qaxaria bildirib.