Zuqdididə Cumi çayında 15 yaşlı uşağın axtarışında xilasedicilərlə yanaşı dalğıclar da iştirak edirlər
Zuqdididə, Cumi çayında 15 yaşlı oğlanın axtarış işləri hələ də davam edir. Axtarışda xilasedicilərlə yanaşı dalğıclar da iştirak edir.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən “İnterpressNews”a verilən məlumata görə, əlavə xilasetmə qruplarının səfərbər edilməsi də planlaşdırılır.

Axtarış əməliyyatları gecə boyu Zuqdudi bələdiyyəsinin Kirov kəndində, Cumi çayında aparılırdı.

Əldə edilən məlumata görə, yeniyetmə mal-qaranı çayın bir tərəfindən o biri tərəfinə keçirmək üçün çaya düşdüyü zaman suyun axıntısı onu aparıb. Yerlilərin sözlərinə görə, yeniyetmə qəza zamanı valideynləri ilə birlikdə olub.

Videonu izləmək üçün linkə daxil olun.

Print Email
FaceBook Twitter Google