Zibil atdığınıza görə iki və ya üç qat cərimələnəcəksiniz
Küçədə, həyətdə, nəqliyyatda və s. yerdə zibil atdığınıza görə iki və ya üç qat pul cəzası alacaqsınız. Gürcüstan Parlamenti dünən Tullantıların İdarə Edilməsi Məcəlləsinə zibil atmağa görə cərimələrin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqlədi.

Dünəndən etibarən evdən və ya digər binadan 2 kq-dan çox zibil atdığınıza görə 100 lari əvəzinə 200 lari pul cəzası alacaqsınız.

Şəxsi avtomobildən iki kiloqram tullantı atsanız, sürücü cərimələnəcək, ictimai nəqliyyatdan atdığınız halda isə - siz. Hər iki halda, cərimə 120 lari idi və indi 250 lari oldu.

İki və ya iki kiloqramdan çox tullantı atıldığı halda, fiziki şəxslər 150 lari əvəzinə 500 lari, hüquqi şəxslər isə 1000 lari əvəzinə 1500 lari miqdarında cəza alacaqlar.

Ərazini köpək və ya digər ev heyvanının az miqdarda nəcis maddəsi ilə çirkləndirsəniz 100 lari cəza alacaqsınız.

Ətrafı 5-dən çox şin (velosiped şinləri istisna olmaqla) ilə çirkləndirirsinizsə, mövcud cərimənin üç qatından da çoxunu ödəməli olacaqsınız. İndiyə qədər cərimə 150 lari idi, indi isə 500 lari oldu. Beş və ya daha çox şin olduqda cərimə 500 lari əvəzinə 2000 lari oldu.

İki kiloqrama qədər batareya, akkumulyator, elektrik lampası, elektrikli mallar, qrafit elektrod, kəsici və ya deşici əşyalarla (şüşə zibil, mismar və ya digər oxşar əşyalar daxil olmaqla) ətraf mühitə zibil atsanız 100 lari əvəzinə 500 lari miqdarında cərimə cəzası alacaqsınız.

İndiyə qədər ətrafı 1 m3 -dən çox bələdiyyə tullantıları ilə çirkləndirdiyiniz təqdirdə 300 lari cərimə olunardınız, amma indi cərimə 1000 lariyə çatıb. Bir hüquqi şəxssinizsə, cərimə bu vəziyyətdə də artırılıb və 1000 lari əvəzinə 3000 lari olacaq.

Ətraf mühitin çox miqdarda tullantı (nəqliyyat vasitələri, elektrik və ya elektrik avadanlığı, tikinti texnikası və ya digər oxşar avadanlıqlar daxil olmaqla) ilə çirklənməsi halında indi mövcud olan cərimənin miqdarı 4 dəfə artırılıb - fiziki şəxs 2000 lari, hüquqi şəxs isə 6000 lari cərimə ediləcək.

Dəyişikliklərin təşəbbüskarları millət vəkilləri Sulxan Maxatadze və Quqa Qulordavadır. Qanun layihəsinin izah sənədinə görə, cərimələnməyə baxmayaraq praktikada ətraf mühitin müxtəlif növ tullantılarla zibillənməsi hallarına çox sıx-sıx rast gəlinir.

"Fakt budur ki, onlar üçün qanunla tətbiq olunan cərimələr qanun pozuntusuna yol verilməsinə maneə törətmir. Mövcud qaydalara əsasən, qanunu pozanlar cərimələrdən çəkinmirlər. Bu problemin aradan qaldırılmasının təsirli yolu cərimələrin məqbul həddə qədər artırılmasıdır", – deyə sənəddə qeyd olunur.

Tikinti inşaatına və ya digər inert tullantılara görə də cərimələr artırıldı – 1 m3 bu cür zibilin atılmasına görə fiziki şəxs 200 lari əvəzinə 500 lari, hüquqi şəxs 500 lari əvəzinə 2000 lari cərimə ediləcək. Bu növ tullantıların miqdarı daha çox olarsa, cərimə 1500 lari olacaqdır. Hüquqi şəxslər bu vəziyyətdə 3000 lari cərimə ödəməli olacaqlar.

Belə bir pozuntuya görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs dərhal və ya ağlabatan müddətdə tikinti və ya digər inert tullantılarla çirkləndirdiyi ərazini təmizləməlidir.

Təhlükəli olmayan tullantıların açıq qaydada və ya təyinatdan kənar məqsədlə yandırılmasına, həmçinin heyvan bədəninin qalıqları ilə, o cümlədən, heyvan kəsilmə məntəqələri tərəfindən ətraf mühiti çirkləndirilməsi, təhlükəli tullantıların kanalizasiya sisteminə buraxılması, nəcis kütlələri ilə ərazinin çirkləndirilməsinə görə də cərimələr artırılıb.

Qanunda, həmçinin tullantıların xüsusi qablara atılmalı olduğu bildirilir, lakin bu cür tullantıların yığılması və atılması sisteminin işləmədiyi məskunlaşmış ərazilərdə buna görə məsuliyyət şamil edilməyəcəkdir.

Mənbə: On
Print Email
FaceBook Twitter Google