Gürcüstan prezidenti 12-13 iyul tarixlərində Azərbaycanın və Ermənistanın silahlı qüvvələri arasında baş verən qarşıdurmadan narahatlığını ifadə edib
Gürcüstan prezidenti 12-13 iyul tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən silahlı qarşıdurmadan narahatlığını ifadə edir, – deyə Gürcüstan prezidenti Salome Zurabişvilinin verdiyi açıqlamada bildirilir. Açıqlamanı Prezident Administrasiyası yayıb.

“Bu gün hamımız görünməyən bir düşmənə qarşı birlikdə mübarizə apardığımız üçün beynəlxalq həmrəylik və qlobal sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir.

Bölgəmizin sülhü və təhlükəsizliyi həm Gürcüstanın, həm də dost və tərəfdaş dövlətlərimizin - Azərbaycan və Ermənistanın gələcək inkişafı və çiçəklənməsi üçün böyük əhəmiyyət daşıyır.

"Gürcüstan Prezidenti lazımi tədbirlərin vaxtında görüləcəyinə və dinc danışıqlar yolu ilə vəziyyətin daha da gərginləşməsinin qarşısının alınacağına ümid edir",
– deyə açıqlamada vurğulanır.

Print Email
FaceBook Twitter Google