Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi ictimai məlumat
vermir.
“Marneuli” radiosu artıq 35 iş günüdür ki, Nəriman Nərimanovun
abidəsi ilə bağlı meriyadan məlumat gözləyir. Meriyanın inzibati
xidmət rəhbəri Nino Dekanoidze 25 iyun tarixində bildirdi ki, bizə
göndəriləcək məktub artıq hazırdı, amma merin imzası olmadan onu
göndərə bilməzlər.
“Marneuli” radiosunun tələb etdiyi daha dörd məlumatda da merin
imzası çatışmır.
Meriyanın vətəndaşlara xidmət şöbəsindən bildirirlər ki, müvafiq
xidmətlər artıq məktuba cavab hazırlayıb və məktubları təhvil
vermək üçün yalnız merin imzası lazımdır.
Marneuli bələdiyyəsinin meri Zaur Darğallı “Marneuli” radiosuna bir
aydan artıqdır ki, müsahibə vermir. Marneuli və Hucabinin yepiskopu
Qiorqi 24 may tarixində həftə ayinində Marneuli merindən Nəriman
Nərimanovun abidəsinin sökülməsini tələb etdikdən sonra mer “yoxa
çıxıb”.