Əhali ən çox orduya, kilsə və NCDC-yə, ən az isə prezidentə etibar edir – Edison Research
“Formula”nın sifarişi ilə Edison Research tərəfindən həyata keçirilən araşdırma əhalinin əksəriyyətinin orduya, kilsəyə və NCDC-yə daha çox güvəndiyini, siyasi partiyalara və prezidentə isə ən az inandığını müəyyən edib.

Qurumlara etibar etmə reytinqi belədir:
  • 90% — ordu;
  • 88% — kilsə;
  • 79% — NCDC;
  • 70% — polis;
  • 69% — universitetlər;

  • 68% — gürcü mətbuatı;
  • 63% — baş nazir;
  • 61% — xalq müdafiəçisi;
  • 57% — yerli hakimiyyət;
  • 52% — hökumət.

  • 51% — Mərkəzi Seçki Komissiyası
  • 51% — QHT-lər;
  • 49% — Parlament;
  • 46% — Məhkəmələr.

  • 46% —Prokurorluq;
  • 42% — Banklar;
  • 42% —Siyasi partiyalar;
  • 41% —Gürcüstan prezidenti.


Araşdırma Edison Research tərəfindən 23 iyun - 13 iyul arasında aparılıb. Anket üçün üz-üzə sorğu vasitəsilə 2101 seçici ilə sorğu aparılıb. Araşdırmanın mümkün səhvi 2,1% -dir.

Mənbə: On

Print Email
FaceBook Twitter Google