Gürcüstanın bəzi rayonlarında iyulun 18-dək güclü yağış və külək gözlənilir
Gürcüstanın bəzi rayonlarında iyulun 18-dək güclü yağış yağacağı gözlənilir. Milli Ekologiya Agentliyindən verilən məlumata görə, iyulun 16-da günün ikinci yarısından Gürcüstanın şərqində və iyulun 17-dən iyulun 18-dək səhər saatlarında Gürcüstanın bütün ərazisində yağış yağacaq. Bəzi bölgələrdə yağışın xüsusilə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və külək əsəcəyi gözlənilir.

"Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara və ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin yaranması-intensivləşməsinə səbəb ola bilər. Dənizdə 2-3 bal gücündə fırtına gözlənilir", – Milli Ekologiya Agentliyinin verdiyi məlumatda bildirilir.

Print Email
FaceBook Twitter Google