“Bir qədər onlayn tədrisi və müəyyən dərəcədə sinifdə
öyrənməyi nəzərdə tutan qarışıq bir model düşünürük. Bu iki metodu
balanslı bir şəkildə istifadə edərək, məktəbə etibarlı şəkildə
başlamaq və tədris prosesini davam etdirmək mümkün
olacaq”,
– deyə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, epidemioloji vəziyyət tamamilə
nəzarətdədir.
“Virus hallarının əksəriyyəti xaricdən gələnlərdir.
İstisna olaraq tək-tək hallar var və mənbənin açıq şəkildə
bilinmədiyi yerlərdə araşdırmaların nəticələrini gözləyirik.
Mövcud epidemioloji vəziyyəti nəzərə alaraq məktəblərdə yeni tədris
ilinin başlanmasına hazırlığa gəldikdə, məktəbə başlamağın
gözlənilən riskləri barədə düşünməyə əsas yoxdur. Bununla birlikdə,
məktəb mühitini epidemioloji cəhətdən təhlükəsiz etmək üçün
hazırlıqlar davam etdirilir", – deyə Qabunia
bildirib.
Onun sözlərinə görə, məktəblərlə bağlı tövsiyələr bu günlərdə
tamamlanacaq və icimaiyyətə çatdırılacaq.
"Düşündüyümüz və dünya miqyasında tanıdığımız ən vacib
modellərdən biri də müəyyən qədər onlayn, müəyyən qədər isə sinif
tədrisni təmin edən qarışıq modeldir. Bu iki metodu balanslı bir
şəkildə istifadə edərək, məktəbə etibarlı şəkildə başlamaq və davam
etdirmək mümkün olacaqdır. Bu modelin təfərrüatları üçün Təhsil
Nazirliyi ilə əlaqə qursanız daha yaxşı olar, lakin əsas prinsip,
onlayn dərslərdən mümkün qədər istifadə etməkdir. Onlayn təlim yolu
ilə inkişaf etdirilə bilməyən müəyyən bacarıqlar var. Bunun üçün
birbaşa sinif və ya praktik məşğələlərə ehtiyac duyulur, lakin
mümkün olduğu yerlərdə onlayn mexanizmlərdən istifadə
edilməlidir", – deyə Tamar Qabunia bildirib.