İlham Əliyev – Bizim diplomatiyamız hücum xarakterli olmalıdır
"Bizim diplomatiyamız hücum xarakterli olmalıdır", – Azərbaycan mətbuatının bildirdiyinə görə, prezident İlham Əliyev yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramovla video görüşü zamanı söyləyib.

“Bizim diplomatiyamız hücum xarakterli olmalıdır, bu milli maraqların qorunması üçün lazımdır. Ancaq tez-tez bunun əksini görürük. Görürük ki, barışıq prinsipinə söykənir və milli maraqlar kənarda qalır. Bu barədə kifayət qədər məlumatım var. Buna görə də bu məsələni nəzərə alın", – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycana peşəkar, "milli ruha sahib və ölkəni müdafiə edə bilən" diplomatlar lazımdır.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti ölkənin xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib və onu bunadək təhsil naziri vəzifəsini tutan Ceyhun Bayramov ilə əvəz edib.

Print Email
FaceBook Twitter Google