Marneulidə banklar, mağazalar və bazar maksimum dərəcədə nəzarət altında olacaq - Zaur Tabatadze
Marneulidə koronavirusun qarşısının alınması məqsədilə müxtəlif obyektlərə nəzarətin sərtləşdirilməsi planlaşdırılır.

Bu barədə Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze Bələdiyyə Məclisinin iclası başa çatdıqdan sonra bildirdi və deputatları maksimum dərəcədə koronavirusun qarşısının alınması tədbirlərinə qoşulmağa çağırdı. Zaur Tabatadze qeyd olunan bəyanatı son dövrdə koronavirusun artması hallarında görə verib.

“Səhiyyə Nazirliyindən, Səhiyyə Mərkəzindən, quberniyadan da göstəriş veriblər. Maksimum dərəcədə nəzarət edin və əhaliyə izah edin ki, maska taxsınlar. Praktiki olaraq başqa qoruyucu vasitə yoxdur. Doğrudur narahatçılıq yaradır, ancaq yaşamaq istəmirikmi? Bu narahatçılığa birtəhər dözməliyik və uyğunlaşmalıyıq. Əks halda heç kim bilmir bizi nə gözləyir. Dünən sizlərdən yəqin ki, hamınız Amiran Qamkrelidzenin çıxışını dinləyirdiniz. Adam bildirdi ki, virus dörd xəstəliyi olan insanlar üçün daha təhlükəlidir. Bu virusa yoluxmuş daha çox adamın dünyasını dəyişməsi ehtimalı var.”

Zaur Tabatadzenin sözlərinə görə, o, meriyanın müvafiq xidmətlərinə Marneulidə vəziyyətə maksimum nəzarət etmək üçün tapşırıq verəcək.

“Mən xidmət rəhbərlərinə yenə xəbərdarlıq edəcəyəm və Nəzarət Xidmətinə də tapşırıq verəcəyəm ki, banklara, mağazalara və bazara ciddi nəzarət etsinlər. Bir-birimizə kömək etməliyik və bir-birimizə qoruyucu vasitələrdən istifadə etməyimizin vacib olması haqda daha çox məlumat verməliyik”,
– Zaur Tabatadze dedi.

“Marneuli” raidosunun jurnalistinin bu gün Marneuli mqiyasında neçə nəfərin koronavirusa yolxuması baarədə sualına Zaur Tabatadze cavab vermədi və bizi ənənəvi olaraq meriyanın Mətbuatla Əlaqələr Şöbəsinə yönləndirdi. Xidmətdən isə son bir neçə gündür bizə məlumat vermirlər. Jurnalist Zaur Tabatadzeyə İctimai Səhiyyə Mərkəzindən və mətbuat xidmətindən bizə məlumat verilmədiyini xatırlatdıqdan sonra o, bizi bir daha Mətbuatla Əlaqələr Şöbəsinə yönləndirdi.

“Marneuli” radiosu hələ də Marneulidə koronavirusa yeni yoluxma halları barədə məlumat gözləyir.

Əldə olunan məlumata görə, Kvemo Kartli miqyasında bu gün koronavirusa yoluxanların sayı 44 nəfərdir. Baş nazir Qiorqi Qaxarianın sözlərinə görə, sabahdan Tbilisi və İmeretidə əyləncə yerləri saat 22:00-dək işləyəcək.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər