Marneuli məktəblərində Covid-19 aşkarlandığına görə 19 sinif distant təhsil rejiminə keçib
Marneuli bələdiyyəsi miqyasında 6 məktəbdə 19 sinif koronavirusa görə bağlanıb və distant rejimə keçib.

Marneuli Təshil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun “Marneuli” radiosuna bildirdiyinə görə, məktəblərin distant təhsil rejiminə keçməsinə müəllim və şagirdlərin koronavirusa yoluxması səbəb olub. Bəzi hallarda isə siniflər koronavirusa yoluxanlarla təmasda olduğuna görə bağlanıb.

“Bu günə olan vəziyyətə əsasən Baydar, Qasımlı, Sadaxlı 2 saylı, Böyük Bəylər və Marneuli şəhər beş saylı ictimai məktəbləri qismən distant rejimə keçib.”

Ömərovun sözlərinə görə, heç bir məktəbin tam bağlanması hələ ki, gündəlikdə yoxdur. Onun bildirdiyinə görə, altı məktəbin hamısında dezinfeksiya işləri aparılır.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin fəaliyyət planına əsasən koronavirusa yoluxma faktı təsdiqlənən məktəblərdə məhdudiyyətlər qoyulacaq.

Xəstəliklərə Nəzarət Mərkəzinin qeydinə əsasən:

Ehtiyac olduğu halda, özünütəcridə keçməsi vacib olan müvafiq şəxslər, sinif, hər hansı mərtəbə, bütün məktəb və.s təcridə keçir. Məktəb dezinfeksiya olunur, tədris isə distant rejimdə davam etdirilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər