Davit Zalkaliani – Rusiya işğal edilmiş torpaqları tanımaqdan imtina etməlidir – Yalnız işğal altındakı əraziləri azad etdikləri təqdirdə münasibətlərin normallaşmasından danışmaq olar
"Rusiya işğal olunmuş torpaqların müstəqilliyinin tanınmasından imtina etməlidir. Yalnız torpaqların işğaldan azad edilməsindən sonra, ərazi bütövlüyümüzün tanınmasından sonra münasibətlərin normallaşmasından danışmaq olar", – Xarici İşlər naziri Davit Zalkaliani Qoridə "Gürcü Arzusu-Demokratik Gürcüstan"-ın 2020-ci il seçki proqramının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri olan "müstəqilliyin tanınmaması" siyasəti nəzərəçarpan nəticələr verir.

“Bizim fəal iştirakımızla artıq iki ölkə torpaqların müstəqilliyini tanımaqdan imtina etdi və bu proses dayanmayacaq. Sonda Rusiyanı tək buraxacağıq, amma Rusiya mütləq geri çəkilməlidir. Münasibəti düzəltməyin başqa yolu yoxdur.

Yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanındıqdan sonra münasibətlərin normallaşmasından danışmaq olar.

Gələcək proqramımızda mütləq beynəlxalq ictimaiyyətin iştirakını və konsolidasiyasını təmin edəcəyik. Gürcüstanın gündəminin bütün beynəlxalq və ya strateji tərəfdaşlarımızın Rusiya ilə münasibətlərinin gündəmində olmasını təmin edəcəyik. Biz Cenevrə danışıqlarını mütləq canlandıracağıq",
– deyə Zalkaliani qeyd edib.

Nazirin sözlərinə görə, 2024-cü ildə Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək.

"Biz məsuliyyətli hökumətik və ifadələrimiz işlərimizlə təsdiqlənir. Əvvəlki hökumət dövründə Avroatlantik məkana inteqrasiya ilə bağlı yüksək səviyyəli açıqlamalar verildi, yüksək gözləntilər yaradıldı. Ancaq təəssüf ki, nəticələr əldə olunmadı, bu da cəmiyyəti məyus etdi",
– deyə Zalkaliani əlavə edib.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google