Tbilisidə silahlı şəxs YDM-i qarət edib
Silahlı şəxs Tbilisidə “Gulf” şirkətinə məxsus yanacaq doldurma məntəqəsini (YDM) qarət edib.

Hadisə ötən gecə Kaxeti şossesində baş verib.

YDM operatorunu ölümlə hədələyən basqınçı kassadan pulları oğurlayaraq hadisə yerindən qaçıb. Oğurlanan pulun məbləği açıqlanmır.

Cinayətkarı “isti izlər”lə saxlamaq mümkün olub. 31 yaşlı kişi əvvəllər basqına görə məhkum olunub. Onun oğurladığı pullar maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluğu nəzərdə tutan 179-cu maddəsi ilə istintaq davam edir. Saxlanılan şəxsi 5 ildən 7 ilədək həbs gözləyir.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google