“VMH”-ın müşahidəçisini Marneulinin 68 saylı məntəqəsinə buraxmırdılar
“Milli Hərəkat”-ın və Marneulinin 68 saylı Məntəqə Seçki Komissiyasının üzvləri arasında mübahisə baş verib.

“Milli Hərəkat”-ın nümayəndəsi Laşa Kveladze “Marneuli” radiosuna bildirdi ki, partiya nümayəndəsini müşahidəçilik missiyasını yerinə yetirmək üçün Marneulinin 68 saylı məntəqəsinə buraxmırmışlar.

“Xüsusi olaraq çox kiçik sahədə məntəqə açmağa qərar veriblər. İndi bizim müşahidəçiyə deyirlər ki, bayırda gözlə, məntəqəyə sonra daxil olarsan. Buradan da yaxşı görünür ki, seçkiləri saxtalaşdırmağa çalışırlar”, –
Laşa Kveladze bildirdi.

68 saylı məntəqəyə Mərkəzi Seçki Komissiyasının nümayəndələri və hüquq mühafizəçiləri gediblər.

Hüquq mühafizə orqanının nümayəndəsi jurnalistlərlə söhbəti zamanı bildirdi ki, polisi hadisə yerində 68 saylı məntəqə seçki komissiyasının sədri çağırıb ki, jurnalistləri məntəqədən çıxarsın.

İndiki mərhələdə “Milli Hərəkatın” müşahidəçisi 68 saylı məntəqəyə buraxılıb.

Print Email
FaceBook Twitter Google