Gürcüstan Prezidenti Salome Zurabişvili artıq 2020-ci il parlament seçkilərində seçimini edib
Prezidentin sözlərinə görə, bu gün ölkə üçün vacib bir gündür və hamımız xəyal etdiyimiz ölkəni qurmaq üçün səs veririk.

“Bu gün münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Çünki ölkə üçün vacib bir gündür. Bu gün azad və dinc şəkildə səs verdim. Əslində bütün vətəndaşlar da seçimini bu şəkildə etməlidir çünki hamımız xəyal etdiyimiz ölkə - Avropasayağı və demokratik bir ölkə qurmaq üçün səs veririk. Vətəndaşların pandemiyanın çətin şərtlərinə baxmayaraq səs verməsi çox vacibdir və hər kəsi seçki məntəqələrinə getməyə çağırıram. Növbə olan məntəqələrdə heçnədən qorxmayın, sadəcə məsafə saxlayın. Əminəm ki, hər şey çox yaxşı olacaq. Təmənnim odur ki, sabah Gürcüstan cəmiyyətinin və dövlətinin günü olsun! " –
deyə Salome Zurabişvili qeyd edib.

Xatıraladaq ki, Bu gün Gürcüstan əhalisi 10-cu çağırış parlamentini seçir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google