Saat 12:00-a olan məlumata görə, Marneulidə seçicilərin 16,28% seçkilərdə iştirak edib
Marneulinin 22 saylı dairə seçki komissiyasının məlumatına görə, saat 12:00-da seçki məntəqələrinə 16,28% seçici gedib və Parlament seçkilərində iştirak edib.

Saat 10:00-a olan məlumata görə, isə 5,69% seçkidə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan keçib.

13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki məntəqəsi yaradılıb. Bundan 31 seçki məntəqəsi Qardabanidə, 91 məntəqə isə Marneulidə yerləşir.

Print Email
FaceBook Twitter Google