MSK mətbuat katibi Ana Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesində qayda pozuntusu müşahidə olunduğunu təsdiqləyir
MSK mətbuat katibi Ana Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesində qayda pozuntusu müşahidə olunduğunu təsdiqləyir.

Mikeladzenin sözlərinə görə, Saburtalodaki seçki məntəqələrinin birində alt hissəsi olmayan seçki qutusu müşahidə edilib lakin problem aradan qaldırılıb və bu hal seçki prosesinə təsir etməyib.

"Seçki məntəqəsində bülleten qutusunun alt hissəsinin bütövlüyü pozuldu, lakin qeyd olunan qüsur vaxtında aradan qaldırıldı. Seçki məntəqəsində olan müvafiq şəxslər razılaşdılar və təsdiq etdilər ki, bu halın seçki prossesinə heç bir təsiri olmadı və problem vaxtında aradan qaldırıldı", – deyə Mikeladze qeyd edib.

O, həmçinin , Gurcaaninin 31, Vake'nin 54 və Marneulinin 47 ci seçki məntəqəsində seçki bülletenindən Avropalı Gürcüstanın seçki nömrəsinin cırılması hadisəsinə də münasibət bildirib.

Mikeladzenin ifadəsinə əsasən, qanunvericilik zədələnmiş bülletenlərin dəyişdirilməsini nəzərdə tutur və adı çəkilən məntəqələrdə belə bir problem olmayıb. Onun sözlərinə görə, yuxarı seçki instansiyası məsələni müzakirə edəcək.

“Təəssüf ki, bu fakt bir neçə seçki məntəqəsində müşahidə edildi. Bildiyiniz kimi, komissiya səlahiyyətlərini qanunun aliliyinə tam uyğun şəkildə yerinə yetirməli, mümkün qədər diqqətli olmalıdır. Lakin bəzi hallarda lazımi diqqət göstərilmədiyi qeydə alındı və nuna görə də seçki bülleteni zərər gördü. Qanunda bülleten korlandığı təqdirdə müvafiq olaraq dəyişdirilə biləcəyi göstərilir. "Bundan sonra adı çəkilən seçki məntəqələrində belə bir problem yaşanmadı", – deyə Mikeladze vurğulayıb.

Xatırladaq ki, bu gün, 31 oktyabrda Gürcüstanda parlament seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səhər saat 10: 00-a qədər parlament seçkilərində 292 587 seçici səs verdi və səs verib, bu isə ümumi sayın 8,33% -ni təşkil edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google