“Vahid milli Hərəkat”ın müşahidəçisinin bildirdiyinə görə,
Marneulinin 2 saylı seçki məntəqəsində komissiya üzvləri seçki
bülletenlərini düzgün cırmırlar.
Onun açıqlamasına görə, komissiya üzvləri bülleteni elə cırır ki,
seçki məntəqəsinin nömrəsi qeyd olunmur.
“Belə bülletenlər batil hesab olunmalıdır, ancaq bunu
etmirlər. Şikayət yazmaq istədim, amma imkan
vermədilər”, – “VMH”-ın müşahidəçisi dedi.
Marneulinin 2 saylı seçki məntəqəsinin sədrinin açıqlamasına görə,
bülletenlərin qeydiyyat nömrəsini təsadüfən cırıb. Onun sözlərinə
görə, müşahidəçi şikayət yaza bilərdi və nəticədə bülletenlər batil
hesab olunardı, amma onun izahatına görə təxribat qurublar və
məntəqədə səs-küy yaradıblar.