4 saylı məntəqə seçki komissiyasının müşahidəçisi bildirdi ki, bir
nəfər məntəqəyə daxil olaraq siyahıda 531-ci olduğunu deyib.
Müşahidəçi onun nömrəsini divardakı siyahıda yoxlayıb və məlum olub
ki, divardakı siyahıda 531-ci nömrədə qadın qeyd olunub, səs
verməyə isə kişi cəhd göstərirdi.
“Bunu aydınlaşdırdım və girib nömrəsinin neçə olduğunu
soruşdum. O, 531 dedi və mən dedim ki, siyahıda bu nömrədə qadın
yazılıb, siz kişisiniz və bu nə deməkdir. Mən şəxsiyyət vəsiqəsini
aldım və şikayət yazırdım ki, komissiya üzvləri məni məntəqədən
çıxarmaq barədə qərar qəbul etdilər”, – müşahidəçi
Surac Baramidze bildirdi.
“Mülki platforma 20/20”-nin müşahidəçisi Qiorqi Mumladze 4 saylı
seçki məntəqəsində olub. Onun bildirdiyinə görə, böyük ehtimal var
ki, xaricdə yaşayan adamların əvəzinə başqa vətəndaşlar səs versin.
Onun sözlərinə görə, həmin kişinin əvəzinə səs vermək istədiyi adam
indiki mərhələdə xaricdədir.