Demək olar bütün məntəqələrdə pozuntu var – Murad Muradov
“Lelo”nun Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi Murad Muradov artıq öz seçimini edib.

O, təxminən saat 15:00 radələrində səs vermək üçün Təzəkəndin 13 saylı məntəqəsinə gedib. Muradov Gürcüstanın inkişafına səs verdiyini bildirib. Onun sözlərinə görə, seçki prosesi qismən pozuntularla keçir.

“Mən Gürcüstanın inkişafına, qələbəsinə və “Gürcü Arzusu”nun məğlubiyyətinə səs verdim. Gürcüstan qalib gəlməlidir, inkişaf etməlidir və lider ölkə olmalıdır. Demək olar bütün məntəqələrdə pozuntu var. Bu marker prosesi, məntəqələrin açılması ilə bağlı olan problemlərdir. Eləcə də Marneulidə məntəqələrdən birində məntəqə rəhbərinin əlində bülletenlərin əvəzedicisi var idi. Bunun videosu da var. Məntəqələrdən birində bizim qeydiyyatçını qeydiyyatdan keçirmirdilər, məntəqədə olan bizim nümayəndəmizi dəyişməyə imkan vermədilər və belə pozuntuların yeri var. Gürcü Arzusu hər hansı üsullarla seçkiləri saxtalaşdırmağa çalışır və bu saxtalaşdırma ilə özünü qalib elan etmək istəyir.”


Saat 15:00-a olan məlumatlara görə, seçicilərin fəallığı 30%-dir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan keçib.

13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki məntəqəsi yaradılıb. Bundan 31 seçki məntəqəsi Qardabanidə, 91 məntəqə isə Marneulidə yerləşir.

Print Email
FaceBook Twitter Google