Təzəkəndin 13 saylı məntəqəsinin komissiya sədri bir neçə dəqiqəlik məntəqəni tərk edib
Təzəkəndin 13 saylı məntəqəsinin komissiya sədri bir neçə dəqiqəlik məntəqəni tərk edib.

Mülki platforma 20/20-nin müşahidəçisinin sözlərinə görə, Marneuli bələdiyyəsinin Təzəkənd 13 saylı seçki məntəqəsinin komissiya sədri bir neçə dəqiqəlik məntəqəni tərk edib və təxminən 300 metrdə patrul polisinin nümayəndəsi ilə söhbət edirmiş. O, şübhə edir ki, bu hal razıladırılmış işin göstəricisi ola bilər.

“Həmin məntəqənin sədri Turac İbrahimova seçki məntəqəsini 200-300 metr məsafədə tərk etdi və bu pozuntudur. Məktəbin infrastrukuturu, ayaqyolu infrastrukturuna görə belə uzağa getməyə ehtiyac yoxdur. İkinci fakt onun məntəqəni tərk etdiyi zaman təxminən beş dəqiqə ərzində patrul əməkdaşı ilə söhbət etməsi idi. Doğrudur o, özünə haqq qazandırır ki, seçicilərin çox sayda toplanmasının tənzimlənməsinə görə patrula müraciət edib. O, bunu telefon zəngi ilə edə bilərdi. Şübhə yaranır ki, bu komissiya sədri və patrul polisi arasında razılaşdırılmış işdir”, – Mülki platforma 20/20-nin müşahidəçisi bildirdi.

Təzəkənd 13 saylı seçki məntəqəsinin sədri Turac İbrahimova “Marneuli” radiosuna bildirdi ki, o, seçicilərin toplanmasının tənzimlənməsi məqsədi ilə polis çağırıb. Binada isə o,  onu əvəz edəcək şəxsi qoyub. Onun sözlərinə görə, səsvermə prosesində maneə yaranmayıb.

“Səhər təxminən saat 12-yə yaxın çox sayda seçici gəlmişdi. Adamlar bir-birinə “bitişmişdi”, həm də maska taxmamışdılar. Mən hesab etdim ki, belə işləyə bilməyəcəm. Polisə zəng etdim. Polis əməkdaşı məntəqəni tapa bilmədi, müavinimi yerimdə qoydum və bayıra çıxdım, söhbət etdim, içəri gətirdim və vəziyyət qaydasına düşdü.”

Saat 15:00-a olan məlumatlara görə, seçicilərin fəallığı 30%-dir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan keçib.

13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki məntəqəsi yaradılıb. Bundan 31 seçki məntəqəsi Qardabanidə, 91 məntəqə isə Marneulidə yerləşir.

Print Email
FaceBook Twitter Google