Marneulinin 12 saylı məntəqəsində “Gürcü Arzusu”nun müşahidəçisi media və müşahidəçi missiyasının üzvləri ilə mübahisə edib
Marneulinin 12 saylı məntəqə seçki komissiyasında məntəqə bağlanmazdan bir saat əvvəl qarşıdurma baş verib.

“Mülki platforma 20/20”nin müşahidəçisi Qiorqi Mumladzenin sözlərinə görə, məntəqədə səlahiyyətsiz şəxs var imiş və müşahidəçilərə, media nümayəndələrinə qeydlər bildirirmiş.

“Burada müşahidəçi mənə nə edəcəyimlə bağlı qeyd bildirir və real olaraq prosesi idarə edir, jurnalistə, konkret olaraq “Mtavari Arxi”nin jurnalistinə qışqırır. Bunların hamısı real olaraq seçkinin saxtalaşdırılması üçün edilir. Buraya polis çağırılmalıdır ki, bu adamı buradan çıxarsınlar”, – Qiorqi Mumladze bildirdi.

“Mtavari Arxi”nin jurnalisti Ceyhun Muhəmmədəli “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ona və müşahidəçilərə qeydlər bildirən şəxs “Gürcü Arzusu”nun nümayəndəsi Camal Məmmədovdur.

“Hara gedirik bütün məntəqələrə arxamızca gəlir və oğru oğlanlar kimi hərəkət edir. Həqiqətən də hədlərini aşıblar. Bu Gürcü Arzusunun günahıdır çünki artıq bir və iki dəfə jurnalistə zorakılıq edilib və onlar bunu araşdırmayıblar”, – Ceyhun Mühəmmədəli bildirdi.

Hadisə yerinə hüquq mühafizə orqan nümayəndələri gəliblər, ancaq onlar “Marneuli” radiosuna müsahibə verməyiblər.

Gürcü dilində danışa bilməyən, 12 saylı məntəqə seçki komissiyasının sədri “Marneuli” radiosuna bildirdi ki, o, media nümayəndələrinə və müşahidəçilərə qeyd bildirən və qışqıran həmin şəxsin kim olduğunu bilmir.




Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər