Dairələrdə şikayətlərə təzyiq altında baxmalı olurlar - MSK
Mərkəzi Seçki Komissiyasına görə, dairə seçki komissiyaları şikayətlərə təzyiq altında baxmalı olur və bəzi hallarda kənar şəxslər iclaslara müdaxilə etməyə çalışırlar.

MSK İnsan Resursları İdarəetmə Şöbəsinin müdiri Qiorqi Kalandarişvilinin sözlərinə görə, şikayətlərin bir hissəsi kənar şəxslər tərəfindən verilmişdir, bu səbəbdən komissiyaların baxmaq üçün qanuni əsasları olmayıb.

“Lakin dairə seçki komissiyaları bir sıra hallarda şikayətlərdə göstərilən məsələlərə öz təşəbbüsləri ilə cavab veriblər. Hal hazırda nəticələr 15 dairə seçki komissiyasında sayılıb, bunlardan 13-ü ərizə/şikayət əsasında, 2-si isə öz təşəbbüsü ilə yenidən sayma qərarı verib. 11 dairə seçki komissiyası 20 nəticəni dəyişdirərək 3 səyyar qutunun məlumatlarını etibarsız saydı və 9 halda nəticələri düzəltdi. 8 halda isə nəticələr dəyişməz olaraq qaldı", – deyə Kalandarişvili qeyd edib.

MSK nümayəndəsi, 01.01.18 Mtatsminda məntəqəsini nümunə gətirdi, burada dairə seçki komissiyası öz təşəbbüsü ilə yenidən saydı və hər şeyin qaydasında olduğunu, sadəcə bülletenlərin və imzaların sayının səhv qeyd edildiyini müəyyən etdi və səhvi qeyd etdi.

Kalandarişvilinin dediyinə görə, İsanidə bir xüsusi məntəqənin daşınan qutusunun nəticələri sayıldıqdan sonra majoritar hissənin nəticələri ləğv edilib.

Seçkiləri müşahidə edən QHT-lərə görə, əksər dairə seçki komissiyaları yekun protokolun etibarsız sayılması və bülletenlərin yenidən sayılması tələbini yerinə yetirmirlər.

MSK-nın məlumatına görə, səsvermə günü ilə bağlı pozuntularla əlaqəli dairə seçki komissiyalarına 1693 ərizə/şikayət daxil olub. Məntəqə seçki komissiyasının qərarları 2 gün ərzində şikayət edilə bilər, həm də DSK-ya müraciətlərə baxılması üçün 2 günlük bir müddət verilir və bu prosses dünən, 4 noyabr tarixində başlayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google