Rusiya sülhməramlıları Gürcüstanın hava sahəsi vasitəsi ilə Qarabağa köçürülür
Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Gürcüstanın sülhməramlılardan ibarət kontingentin Dağlıq Qarabağa daşınması üçün Rusiyaya hava sahəsi açdığını təsdiqləyib.

Abaşidzenin "Netgazeti"-yə verdiyi məlumata əsasəni, bu qərar Azərbaycan və Ermənistanın istəyi ilə qəbul olunub.

“Gürcüstan tərəfi artıq Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılığına cavab verib və bunun tam miqyaslı münaqişələrin həlli prosesini asanlaşdıracağına ümid etdiyini bildirdi. Gürcüstan dəfələrlə sülh prosesini asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyətlə birlikdə kömək etməyə hazır olduğunu bildirmişdi. Gürcüstanın rolu və sülhməramlı kontingentin maddi-texniki təchizatında iştirakımıza gəldikdə, bu müddətdə qərar sülh konfiqurasiyasına və milli maraqlara əsaslanaraq veriləcəkdir.

Bu mərhələdə, məsələnin aktuallığını müəyyənləşdirmək və sülhün bərqərar olması üçün həm Azərbaycan, həm də Ermənistanın istəyi ilə, istisna olaraq, Rusiya sülhməramlı kontingentinin bir hissəsi Gürcüstan hava sahəsindən istifadə edərək münaqişə bölgəsinə köçürüləcəkdir,"
- deyə Abaşidze qeyd edib.

Abaşidze, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri Gürcüstanın hava sahəsinin Rusiya hərbi təyyarələrinə ilk dəfə açıldığını təsdiqləyib. Onun sözlərinə görə, uçuşlar "müəyyən bir müddət" davam edəcək.

Məsələ ilə bağlı ilk öncə "Flightradar24" məlumatlarının analizinə əsaslanan "sova.news" agentliyi Gürcüstanın Rusiya Hava Qüvvələrinə aid təyyarələrə hava sahəsini açdığını bildirib.

Xatırladaq ki, Ermənistan, Azərbaycan və Rusiya arasında rus sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsini nəzərdə tutan Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 9 maddəlik bir müqavilə imzalanmışdır. Razılığa əsasən, 90 silahlı nəqliyyat vasitəsi, 380 digər növ avtomobil və digər xüsusi texnika ilə 1960 sülhməramlı qüvvələr Laçın dəhlizində yerləşəcəkdir. Onlar ən azı 5 il orada qalacaqlar, lakin daha uzun müddət qalma ehtimalları da var.

Rus qüvvələrinin Qarabağda yerləşdirilməsi müqavilə imzalandıqdan dərhal sonra, 10 noyabrda başlayıb.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google