Kutaisidə avtomobilin oğurlanması ilə bağlı yetkinlik yaşına çatmayanlar saxlanılıb
Kutaisidə hüquq-mühafizə orqanları qrup tərəfindən, əvvəlcədən razılaşma yolu ilə törədilən oğurluq faktı ilə bağlı iki azyaşlını - 2004-cü il təvəllüdlü Q.M.-ni və 2003-cü il təvəllüdlü R.X.-ni saxlayıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

"İstintaq müəyyən etdi ki, saxlanılanlar cari ilin dekabrın 1-də Kutaisidə, İrakli Abaşidze prospektində 4 vətəndaşın avtomobillərindən - kompüter avadanlığı - planşet və müxtəlif məzhəbli şəxsi əşyalar oğurlayaraq hadisə yerindən qaçıblar.

İstintaq nəticəsində, hüquq-mühafizə orqanları hadisədən dərhal sonra hər iki yetkinlik yaşına çatmayan uşağı cinayətin mümkün səbəbkarları kimi müəyyən ediblər. Polis oğurlanan əşyaların bir qismini sübut kimi götürüb.

Saxlanılanlar cinayəti etiraf ediblər",
- deyə məlumatda bildirilib.

Qrup tərəfindən, əvvəlcədən razılaşma yolu ilə törədilər oğurluq hadisəsi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.

Cinayətə görə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google