Almaniyada son 24 saat ərzində 29 875 yeni koronavirusa yoluxma
halı aşkar edilib ki, bu da pandemiyanın başladığından bəri ölkə
üçün ən yüksək gündəlik göstəricidir. Bu barədə "Deutsche Welle"
Robert Kox İnstitutuna istinadən xəbər verib.
Həmin məlumata əsasən, ölkədə daha 598 nəfər virusdan vəfat edib və
ölənlərin sayı 20 970-ə çatıb.
Yoluxma hallarına gəldikdə, Almaniyada pandemiyanın başlanğıcından
bəri 1 270 000 Covid-19-a yoluxma halı aşkar edilib. Almaniya
kansleri Angela Merkel iki gün əvvəl daha sərt "lokdaunun" (ümumi
karantin) tətbiq olunmasının vacibliyindən danışıb. Bavariya Baş
naziri Markus Soder isə, Miladdan 10 yanvaradək tam bir "lokdaunun"
elan edilməli olduğunu deyib.