ISFED-in xəta paylarını nəzərə alaraq dəyişdirilmiş PVT nəticələri MSK məlumatlarına uyğun gəlir
QHT "Ədalətli Seçkilər" (ISFED), 2020-ci il Parlament seçkiləri üçün paralel səs sayımının (PVT) nəticələrinə yoxlama nəticəsində müəyyən edilmiş nöqsanlar əsasında düzəlişlər edilib və bu səbəbdən, hakim partiya və digər baryeri aşmış partiyaların əksər hissəsinin aldığı səs faizi artıb. Düzəliş edilmiş məlumatlara əsasən, xəta payı nəzərə alındıqda ISFED-in paralel sayım nəticələri MSK-nın rəsmi məlumatları ilə üst-üstə düşür.

Bundan əvvəl ISFED-in paralel sayımına görə, "Gürcü Arzusu"-nun aldığı səslərin nisbəti 45,8%, düzəlişdən sonra 47,6% olub. Fərq 1,8%-dir. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, "Gürcü Arzusu" 48,2% alıb, bu da ISFED-in paralel sayma məlumatlarından 0,4% çoxdur. Ancaq ISFED, xəta payının 0,7% olduğunu söyləyib. VMH partiyasının reytinqi yüzdə 1% artaraq 27,4% olub. MSK-nın rəsmi nəticələrinə görə, VMH/"Güc Birlikdədir" 27,18% səs toplayıb. ISFED-in xəta payı 0,6%-dir. Digər baryeri aşan partiyaların göstəriciləri də bir qədər artıb (0,1%).

"Yüksək ictimai maraq səbəbindən, Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyətin 31 oktyabr 2020-ci il Parlament seçkilərindən sonra Paralel Sayma (PVT) üçün ilkin, daxili yoxlama apardığını xatırladaq.

Daxili yoxlama PVT üçün standart bir prosedurdur və dörd mərhələdən ibarətdir:
• Müşahidəçilər tərəfindən təqdim olunan məlumatların yoxlanması;

• Dairə Seçki Komissiyaları tərəfindən tərtib edilmiş düzəliş protokollarının yoxlanılması;

• Yanılma payının hesablanmasının düzgünlüyünün yoxlanması;

• Seçki günü prosesi ilə əlaqəli məlumatların yoxlanılması.

Daxili yoxlamanın nəticələri PVT metodologiyasının dəqiqliyini və müşahidəçilər tərəfindən verilən məlumatların etibarlılığını təsdiqləyib. Ancaq seçki subyektlərinin aldığı səslərin hesablanması formulunda bir yanlışlıq müəyyən edilib. Dəqiq desək, seçki subyektlərinin aldığı səslərlə yanaşı etibarsız bülletenlər də sayılıb, nəticədə seçki subyektlərinin aldığı səs nisbətləri bir qədər dəyişib. Bu fərq heç bir seçki subyekti tərəfindən alınan mandat sayını dəyişdirmir.

Əlavə olaraq xatırladaq ki, "Ədalətli Seçkilər" bütün seçki prosesini kompleksli şəkildə müşahidə edib. Monitorinq nəticəsində, təşkilat 2020-ci il parlament seçkilərini son illərin ən aşağı standartlı seçkiləri adlandırıb ki, bu da seçki məntəqəsi protokollarının 8%-də uyğunsuzluğun aşkarlanmasından qaynaqlanır",- deyə ISFED-dən bildirilib.

Paralel saymanın düzəliş edilmiş nəticələri:

Dəqiqləşdirməzdən əvvəl, seçkinin ikinci günü ISFED tərəfindən dərc olunan nəticələr belə idi:

"Ədalətli Seçkilər"-in PVT nəticələri "Gürcü Arzusu" tərəfindən tənqid olunub, onun bəzi müxalifləri isə, MSK nəticələrini etibarsız sayıblar, çünki hakim partiyanın PVT-lərin nisbəti MSK nəticələrindən daha az olub. "Ədalətli Seçkilər"-in seçki günü müşahidəsi səslərin Paralel Sayımı (PVT) metodologiyasına əsaslanıb. Təşkilatın verdiyi məlumata əsasən, PVT metodologiyası, ölkə daxilində təmsil olunan təsadüfi seçki məntəqələrində müşahidəçilərin yerləşdirilməsini nəzərdə tutur.

Bu gün "Formula" və "Mtavari arxi" mənbəyə istinad edərək hakim partiyanın məlumatları dəyişdirmək üçün quruma təzyiq göstərdiyini bildirib. ISFED direktoru təzyiq faktlarını təkzib etdi. O, "Gürcü Arzusu"-nun nümayəndələri ilə danışdığını qeyd edib.

"Təzyiqlə nə əlaqəsi var, sadə bir uyğunsuzluq idi. Təsəvvür edin, PVT-yə görə, baryeri keçən bütün partiyalara mənfi qoyulur ki, bu mümkün deyil. Sadə bir uyğunsuzluq tapdıq və bu qüsuru təsdiqləmək üçün məlumatlar istədik. Bu səhvlərin düzəldilməsi tək bizim məlumatlarımızın düzəlməsi deyil ki, məsələn, VMH-ın yanılma payı 0,8%, "Avropa Gürcüstanı"-nın yanılma payı, səhv etmirəmsə, 0,2%-dir və s. bunlar hamısı eyni anda düzələcək. PVT göstərib ki, baryeri keçən bütün partiyalar baryeri keçə bilməyən partiyaların bütün səslərini alıblar, əlbəttə, bu absurddur", - deyə bu gün "Gürcü Arzusu"-nun lideri İrakli Kobaxidze açıqlayıb.

Onun sözlərinə görə, ISFED nümayəndələri ilə görüş onlayn keçirilib və görüşdə "Gürcü Arzusu"-nun yeni simaları iştirak edib.




XX

Print Email
FaceBook Twitter Google