Dezinformasiya: “Koronavirusla bağlı həqiqət – tamaşa başa çatdı”
Sosial şəbəkədə “Koronavirusla bağlı həqiqət – tamaşa başa çatdı!” başlığı ilə video yayımlanıb. Video koronavirusla bağlı indiyə qədər yayılmış çox sayda yanlış məlumatları, yaxud konspirasiya nəzəriyyəsini ehtiva edir.

İddia: Koronavirus zəngin adamlar tərəfindən yaxşı səhnələşdirilmiş tamaşadır.
Hökm: “Fakt-metrin” nəticəsinə görə, qeyd olunan məlumat saxta xəbərdir.


Pandemiya başlayan kimi koronavirusun süni yaradılması barədə çox sayda yanlış məlumat yayıldı. Onlarla alim 2020-ci ilin mart ayında nüfuzlu “Lancet” jurnalında yanlış məlumatları təkzib etmək üçün bəyanat yaydı. Alimlərin bildirdiyinə görə, Covid-19 təbii virusdur və müvafiq olaraq virus bio-mühəndislik məhsulu deyil.
Bu fikri müxtəlif təşkilatlar, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı da tez zamanda etibarsız hesab etdi. Səhiyyə sahəsinin təsirli tibbi nəşriyyatlarından biri, bütün dünyadan sahənin aparıcı ekspertlərini özündə birləşdirən “Health Feedback” bu məsələ ilə bağlı araşdırma yayımlayıb. “Health Feedback” təsdiq edib ki, koronavirusun süni yaradılması barədə düşüncələr nəzərdən keçirilməmiş araşdırmalara əsaslanır və qeyd olunan bəyanatlar elmi sübutlar yaratmır.
Qeyd edək ki, virusların süni yaradılması barədə konspirasiya nəzəriyyələri başqa vaxt, 2020-ci ildə SARS epidemiyası, 2009-cu ildə H1N1 pandemiyası halında da yayımlanıb. Koronavirusun süni şəkildə yaradılması barədə fikir alimlər tərəfindən qəbul edilmir – akademik sahələrdə hesab edirlər ki, koronavirus heyvanlarda, böyük ehtimalla yarasalarda yaranıb.

İddia: Qripdən daha çox adam ölür, nəinki koronavirusdan.
Hökm: “Fakt-metrin” nəticəsinə görə, qeyd olunan məlumat saxta xəbərdir.


Koronavirusdan ölüm hallarının dəqiq sayını indiki mərhələdə müəyyən etmək çətindir. Çünki pandemiya hələ də fəal fazadadır. Koronavirusa qarşı peyvəndin sınaqları başa çatmayana, peyvəndin təhlükəsizliyi və təsirliliyi təsdiqlənməyənə qədər ölənlərin sayının artması davam edəcək (koronavirusa qarşı peyvənd hansı fazalardan keçməlidir – bu barədə “Fakt-metr”-in məqaləsinə baxa bilərsiniz).
Baxmayaraq ki, alimlər infeksiyanın ölümlə nəticələnməsi ilə bağlı müəyyən ehtimallar irəli sürürlər, Con Hopkinsi Universitetinin məlumatına görə, koronavirusdan ölənlərin sayı güman ki, tənəffüs yolu xəstəliklərini əmələ gətirən qripdən ölənlərin sayından əhəmiyyətli dərəcədə (ola bilsin 10 dəfə, yaxud daha artıq) yüksəkdir. Qripdən fərqli olaraq Covid-19-a qarşı təsdiqlənmiş peyvənd, yaxud xüsusi dərmanlar hələ ki, yoxdur. Bu isə müalicə prosesini daha da problemli hala gətirir və ölənlərin sayına da müvafiq təsir göstərir.
Həmçinin, qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, dünyada hər il qriplə bağlı səbəblərdən 290 000-650 000 nəfər dünyasını dəyişir. Covid-19-dan isə artıq bir milyondan artıq adam ölüb (daha ətraflı bizim məqalədən baxa bilərsiniz).

İddia: Koronavirusun yaradılma səbəbi yaşlı adamların ölməsi və bununla iqtisadi gəlir əldə etmək idi.
Hökm: “Fakt-metr”-in nəticəsində görə, qeyd olunan məlumat konspirasiya nəzəriyyəsidir.

Guya qocaların ölümü ilə ölkələrin pensiya xərclərini azaltdıqları və bununla iqtisadi gəlir əldə etdikləri kimi məlumatlar indiyə kimi də yayılmışdı. Misal üçün konspirasiya yayanlar İtaliyada koronavirusdan ölənlər arasında yaşlıların böyük qismi təşkil etməsini məhz iqtisadi məqsədlə əlaqələndirirdilər. Yayılmış məlumat konspirasiya nəzəriyyəsidir, real fakta əsaslanmır və yalnız dezinformasiya yayan qrupların manipulyasiyasına istiqamətlənib. Həqiqətdə pandemiya başlayandan İtaliya koronavirusa yoluxanlara kömək etmək üçün çox sayda tədbir həyata keçirib. Həkim və tibb bacıları birbaşa qeyd edirdi ki, həssas qruplara xüsusi diqqət göstərirlər. Çünki təsirli müalicə vasitəsi və ya peyvənd yoxdur. Təbii ki, həssas qruplar virusdan daha çox ziyan gördülər və yoluxma hallarının bir qismi ölümlə nəticələndi.
Pandemiya başlayan kimi koronavirusla bağlı çox sayda yanlış məlumat yayıldı və Fakt-Metr onlar barədə indiyə kimi də yazırdı.



წყარო: https://factcheck.ge/
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər