Bu gündən etibarən Parlament Nazirlər Kabineti üzvlərinin namizədlərini dinləməyə başlayacaq

Bu gündən etibarən Parlament Baş nazir vəzifəsinə namizəd Qiorqi Qaxariaya etimadlarını açıqlamaq üçün hökumətin təqdim olunan tərkibini dinləməyə başlayacaq.



Nazirlər Kabineti üzvlüyünə namizədlərlə yanaşı, 2021-2024 "Avropa dövləti qurmaq üçün" hökumət proqramı da Parlamentə təqdim edilib.

Dekabrın 21-də Parlamentin Maliyyə və Büdcə, Aqrar İşlər, Sektor İqtisadiyyatı və İqtisadi Siyasət, Ətraf Mühit və Təbii Sərvətlər və Regional Siyasət və Özünü İdarəetmə Komitələrinin birgə iclası keçiriləcək və burada müvafiq profil nazirlərinin namizədləri dinləniləcək.

Sabah Xarici İşlər Naziri vəzifəsinə namizəd göstərilən Davit Zalkaliani ilə Avropaya İnteqrasiya, Diaspor və Qafqaz Məsələləri və Xarici Əlaqələr Komitələrinin birgə iclası keçiriləcək.

Dinləmələr Komitələrin Birgə İclaslarında 22 dekabrda davam edəcək.

Dekabrın 23-də hökumət üzvlüyünə namizədlərlə görüş "Gürcü Arzusu" fraksiyası formatında, 24 dekabrda isə etimad qazanmaq üçün plenar iclasda keçiriləcək.
Nazirlər Kabineti etimad qazanmaq üçün Parlamentə aşağıdakı tərkiblə daxil olub:

• Baş nazir -– Qiorqi Qaxaria
• Regional İnkişaf və İnfrastruktur naziri – Maia Tskitişvili
• Ədliyyə naziri – Qoça Lortkipanidze
• Daxili İşlər naziri – Vaxtanq Qomelauri
• İqtisadiyyat və Davamlı İnkişaf naziri – Natia Turnava
• Xarici İşlər naziri – David Zalkaliani
• Maliyyə naziri – İvane Maçavariani
• Təhsil, Elm, Mədəniyyət və İdman naziri – Mixail Çxenkeli
• İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze
• Ekologiya və Kənd Təsərrüfatı naziri – Levan Davitaşvili
• Müdafiə naziri – İrakli Qaribaşvili
• Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri – Tea Axvlediani


 

Print Email
FaceBook Twitter Google