Ermənistan Azərbaycan üzərindən dəmir yolu ilə Rusiyaya bağlanacaq | Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə bağlanacaq. Əliyevin sözlərinə görə, nəqliyyat layihələri üzərində işləyəcək işçi qrup yaradılacaq. Bu barədə Əliyev, Nikol Paşinyan və Vladimir Putinin də qatıldığı üçtərəfli görüşdən sonra danışıb.

“Rusiya paytaxtında olmaq hər zaman xoşdur və dəvət və üçtərəfli görüş üçün bir daha təşəkkürümü bildirirəm. İclasın çox faydalı və səmimi keçdiyini düşünürəm, çünki görüşün sonunda birgə bəyanat imzalaya bildik.

Bu, müharibənin bitməsindən bəri imzalanan və keçən il baş verənlərin mahiyyətini vurğulayan ikinci bəyanatdır.

Bəyanat bölgəmizdə tamamilə yeni bir vəziyyət yaratmağı hədəfləyir. Məsələn, yolların açılması. Yolların açılması bizim üçün vacibdir, çünki təxminən 30 ildən sonra Azərbaycan Ermənistanın nəqliyyat kommunikasiyalarından istifadə edərək Naxçıvan Muxtar Respublikası ilə, Ermənistan Respublikası isə Azərbaycan ərazisindən istifadə edərək Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olacaqdır. Naxçıvan Respublikasından keçərək Türkiyə bazarı ilə də əlaqəmiz olacaq. Türkiyə və Rusiyanın dəmir yolu arteriyaları birləşdiriləcəkdir. Beləliklə, bəyanat geniş imkanlar açır",- deyə İlham Əliyev Putin və Paşinyanla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Əminəm ki, bu gün yaratdığımız işçi qrupu səmərəli işləyəcək və vaxtaşırı görülən işlər barədə bizə məlumat verəcəkdir. Bu bir deyil, bir neçə layihədir. Hamısının yerinə yetiriləcəyinə əminəm",
- deyə Əliyev əlavə edib.



11 yanvarda Moskvada keçirilən görüş İlham Əliyevlə Nikol Paşinyan arasında müharibənin bitməsindən bəri gərçəkləşən ilk rəsmi görüşdür.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google