200 larilik yardım kimlərə şamil edilir və necə almaq olar?
Gürcüstan Hökumətinin qərarına görə, əhalinin bir hissəsi 1 200 lari işsizlik təzminatı alacaq. Bu yardım 6 ay müddətində hər ay 200 larinin ödənməsini nəzərdə tutur.

Gəlir Xidmətindən verilən məlumata görə, yardım almaq üçün işəgötürənlər hər ayın 20-si (kriteriyaların həm təqdim olunması, həm də yoxlanılması üçün) 6 ay ərzində aşağıdakı meyarlara cavab verən şəxslərin siyahısını təqdim etməlidirlər:
  • 2020-ci ilin yanvar ayından 2020-ci ilin noyabr ayına qədər ən azı 2 ay işləyib və aylıq alıblar (bu məlumat işəgötürən tərəfindən 2020-ci ilin yanvarın 1-də təqdim olunmuş bəyannamə ilə sübut olunmalıdır).
  • 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər ən azı bir ay (həmçinin, işinə xitam verilməsi səbəbi ilə) maaş almayıblar.
  • Eyni zamanda qurum, hamiləlik, doğum və uşaq baxımı, eləcə də yeni doğulmuş körpənin övladlığa götürülməsi ilə əlaqədar məzuniyyətdə olan, koronavirus yayılması zamanı işə götürülən işçinin 200 lari təzminat almaq hüququna malik olduğunu bildirir.
Şirkət nümayəndələri, Gəlir Xidmətinin vətəndaşlara xidmət mərkəzlərini ziyarət etmədən, uzaqdan 200 lari məbləğində yardım üçün portaldakı şəxsi səhifələrindən onlayn müraciət edə bilərlər.

Maraqlanan şəxs, axtarış sisteminə şəxsiyyət nömrəsini, doğum tarixini və təşkilatın fərdi nömrəsini daxil etməklə işəgötürənin məlumatları təqdim edib etmədiyini asanlıqla yoxlaya bilər. Bu xidmətlə işçi, məlumatlarının qanuna uyğun olaraq təzminat üçün Gəlir Xidmətinə hələ təqdim edilmədiyini aşkar edərsə işəgötürənlə əlaqə qura biləcək", - deyə qurumdan bildirilib.

Dövlət büdcəsindən maaş verən təşkilatlarda qeydiyyatdan keçmiş şəxslər, Gürcüstan Milli Bankı, Milli Tənzimləmə Təşkilatı, habelə səhmlərinin 50%-dən çoxuna dövlət, avtonom respublika və ya bələdiyyə sahib olan müəssisələrin işçiləri kompensasiyadan yararlanmaq hüququndan məhrumdurlar.

Əlavə məlumat üçün Gəlir Xidmətinin Məlumat Çağrı Mərkəzinə müraciət edin: 2 299 299 və ya qurumun CLOAKING elektron ünvanına yazın.

Maliyyə Nazirliyinin Gəlir Xidməti işəgötürənin təqdim etdiyi məlumatlar əsasında işçinin Gürcüstan Hökuməti tərəfindən verilən təzminat şərtlərinə cavab verib-vermədiyini yoxlayır, müvafiq şəxslərin siyahısını tərtib edir və 3 gün ərzində Dövlət Məşğulluğun Təşviqi Agentliyinə müvafiq məlumatları təqdim edir.

Gəlir Xidməti, şirkət nümayəndələrini ünvanlı sosial yardım almaq məqsədi ilə quruma vaxtında dəqiq məlumat verməyə çağırır. Eyni zamanda, nəzərə alın ki, işəgötürən tərəfindən yanlış məlumat verildiyi təqdirdə, dövlətə dəyən ziyana görə ərizəçi cavabdehdir”, - deyə Gəlir Xidmətinin açıqlamasında bildirilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google