Evangelist-Baptist Kilsəsi: İbatəd üstündə baş yarılan ölkənin gələcəyi olmaz
Gürcüstan Evangelist-Baptist Kilsəsi Çoxatauridə baş verən hadisəyə münasibət bildirib - Buknari kəndində yaşayan müsəlmanlar yerli xristianların kəndlərində müsəlman ibadətgahının olmasına qarşı çıxdıqlarını söylədilər. Dünən, 12 yanvar tarixində, qarşıdurmada uşaqlar da daxil olmaqla üç müsəlman ağır yaralanıb.

Evangelist-Baptist Kilsəsi yepiskop adından Gürcüstan müsəlmanlarından üzr istədiyini yazıb.

“Gürcüstanın Evangelist-Baptist Kilsəsinin yepiskopu adından, Gürcüstan müsəlmanlarından təhqir edildiklərinə görə Xristianlıq adına bir daha üzr istəyirik. Çox təəssüflənirik və xahiş edirik, müsəlmanların, xristianlatın, yezidlərin, hamımızın ortaq sahib olduğumuz Tanrının adından, Gürcüstanın dinlərarası reallığında daha bir son dərəcə biabırçı ləkə olan bu cinayətə görə bizi bir daha bağışlasınlar." - deyə bəyanatda yazılıb.

Evangelist-Baptist Kilsəsi hökümətdən yalnız Buknar hadisəsini deyil, bu günə qədər meydana gələn və "hökümətin bilavasitə və ya dolayı yolla qarışdığı" bütün hadisələri dərhal araşdırmasını və buna görə tədbir görmələrini xahiş edir.

"Tarix nə sizin, nə bizim mədəniyyətimizi, istər hərəkətlə, istərsə də hərəkətsizliklə fobiyaların yaradılması və ya təbliği üçün bağışlamayacaq.

Ölkəmizin insanları müsəlmanlara qarşı təhrik edən vətəndaşlarına da müraciət edirik: bu ölkə hər kəsə məxsusdur, bu ölkədə hər kəs öz dininə etiqad etmək hüququna malikdir, hər kəs öz dini binasını dininin tələb etdiyi kimi təşkil etmək və inşa etmək hüququna malikdir. Gürcüstan müsəlman və xristian torpaqlarına bölünməyib. Bu ölkə inancından, etnik mənşəyindən və mədəniyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşlarına məxsusdur.

İctimai zorakılığı qınayın və Gürcüstan vətəndaşlarını çəkişməyə təşviq etməyin. Bu, sizin ən müqəddəs borcunuzdur",
- deyə Evangelist-Baptist Kilsəsi bildirib.

Mənbə: formulanews.ge
Print Email
FaceBook Twitter Google