Restoranlar hansı qaydalara riayət etməlidirlər
8 mart tarixindən etibarən bütün ölkədə restoranlar fəaliyyətə başlayıb.

Bununla birlikdə, restoranlarda bəzi məhdudiyyətlər hələ də tətbiq olunur.

Restoranlar hələ də həftə sonları işləyə bilməyəcək və iş günləri restoranlara gələn müştərilər canlı musiqi dinləyə bilməyəcəklər.

Sadalanan məhdudiyyətlərə əlavə olaraq, qida müəssisələri üçün tələblər bir qədər sərtləşdirilib. Yeniliklərdən biri odur ki, restoranın içərisinə buraxılan müştəri sayı maksimum 60 nəfər olmalıdır. Yemək müəssisəsinin bundan artıq müştərini qəbul etmək hüququ olmayacaqdır.

Qapalı qida obyektlər üçün məcburi olan digər qaydalar bunlardır:

• Masalar arasındakı məsafə 2 metrdən az olmamalıdır;

• Bir masada 6 nəfərdən çox olmamalıdır;

• İstisna olaraq, əlavə olaraq 12 yaşından kiçik bir yeniyetməni də masaya yerləşdirmək mümkündür;

• 1 masa ətrafında oturan müştərilər arasında ən az 1 metrlik məsafə olmalıdır;

• Müştərilərə birdəfəlik (çap olunmuş) menyu təqdim edilməlidir;

• İçki xidməti ayrı-ayrılıqda süfrəyə təqdim edilməlidir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər