Qoqi Tsulaia, Qldani həbsxanasından bir məktub yayımlayıb
Zorakılıq ittihamı ilə saxlanılan və həbs qətimkan tədbiri seçilərək həbs cəzasına məhkum edilən siyasətçi Qoqi Tsulaia, Qldani həbsxanasından bir məktub yayımlayıb.

Qoqi Tsulaia məktubunda ictimaiyyətdən və siyasətçilərdən dəstək istəyib.

"Dostlarım və tərəfdarlarım, Qldani Həbsxanasındakı karantin binasının 61 nömrəli kamerasında oturan İvanişvili ailəsinin şəxsi məhbusu Qoqi Tsulaia sizi salamlayır!

Əlbəttə ki, ilk növbədə, burada əsas məsələnin mənim səhvim və sadəlövhlüyümün olduğunu, həddindən artıq güvənməyin nəticəsi olduğunu söyləmək lazımdır, hər sahənin təbəqə nümayəndələri qaçılmaz təhlükə barədə mənə xəbərdarlıq verdiyi halda, mən yenə bu vəziyyətə düşdüm. Bu təxribatlara belə asanlıqla aldanmamalıydım, amma demək istəyirəm ki, davranışlarım heç kəsə zərər verməyib.

Hamımız birlikdə Gürcüstanda ədalətli məhkəmənin olmadığını və bu səbəbdən bağıraraq Nika Melianın (Salam Nika) siyasi məhbus olduğunu söyləyirik . Sizcə mənim qarşıma dürüst və ədalətli hakim çıxıb və məni ədalətli mühakimə edib?

Bilmirəm, bu necə məntiqdir və əgər siz də belə düşünmürsünüzsə, bəlkə məni İvanişvili ailəsinin şəxsi məhbusu kimi qəbul edəsiniz və dostlarımıza bunu da çatdırasınız ki, siyasi məhbuslardan başqa bir də şəxsi məhbuslar əlavə olundu.

Dostlarım, məni sevən və bəyənən insanlar, əgər bu hərəkətimə görə mənə qarşı olan hörmətiniz azalmayıbsa və bu səhvimə görə 6 il həbs olunmağıma (belə qərar verməyi düşünürlər) layiq olmadığımı düşünürsünüzsə, sizin dəstəyinizə ehtiyacım var",
– deyə o, yazıb.

Martın 19-da Tbilisi Şəhər Məhkəməsi siyasətçi Qoqi Tsulaiaya qabaqlayıcı tədbir kimi həbs cəzası verib.

Prokuror Levan Vepxvadzenin sözlərinə görə, ittiham yalnız zərərçəkmişin ifadəsinə əsaslanmır və işdə "bir sıra faktiki halları əks etdirən video material" da daxil olmaqla bir sıra dəlillər mövcuddur.

Qoqi Tsulaia, martın 17-ndə zorakılıq ittihamı ilə saxlanılıb. Prokurorluq martın 18-də ona qarşı ittiham aktını yenidən təsnif edib. İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin zorakılıq və cinsi xarakterli hərəkəti nəzərdə tutan 138-ci maddəsinin birinci hissəsi ilə istintaq başladılıb və 4 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluğa görə, Tsulaia kirayə mənzildə spirtli içki qəbul edib, bundan sonra qurbanına qarşı onun iradəsinə qarşı cinsi zorakılıq tətbiq edib. Vəkilin sözlərinə görə, Qoqi Tsulaia zorakılıq faktını rədd edib.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər