Vazil Hudaki Baş nazirin investisiyaların cəlb edilməsi üzrə müşaviri təyin edilib
Baş nazir İrakli Qaribaşvili xarici investisiyaların cəlb edilməsi üzrə xüsusi məsləhətçi Vazil Hudakinin namizədliyini irəli sürüb. Qaribaşvili bu gün, 7 may tarixində etdiyi təqdimatında Hudakinin müxtəlif dövrlərdə Avropa İnvestisiya Bankının vitse-prezidenti olduğunu və Slovakiyanın İqtisadiyyat və Maliyyə naziri olduğunu da söyləyib.

“Cənab Vazil Gürcüstanı yaxşı tanıyır. Avropa İnvestisiya Bankının vitse-prezidenti olarkən tez-tez Gürcüstana gəlirdi. İqtisadi komandamız ilə də yaxşı tanışdır. Onun hədəfləri xarici dövlət və özəl sektorların dəstəyini səfərbər etməkdir. O, strateji, prioritet investisiya layihələrinə diqqət ayıracaq",
– deyə Qaribaşvili bildirib.

2020-ci ildə birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə demək olar ki, 53% azalaraq 616,9 milyon dollar təşkil edib. Bu, 2006-cı ildən bəri ən aşağı investisiya göstəricisidir. Üstəlik, 2009-cu ildə Rusiya-Gürcüstan müharibəsindən sonra ölkəyə 666,8 milyon ABŞ dollarından çox sərmayə qoyulub. 2021-ci ilin birinci rübünün məlumatları hələ Milli Statistika Xidməti tərəfindən dərc edilməyib. Nəticə etibarilə bu il nə qədər xarici sərmayə qoyulduğu məlum deyil.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər