Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhəd problemini həll etməyə hazırdır
"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti həll etmək üçün strateji tərəfdaş Rusiya, eləcə də ATƏT-in Minsk Qrupu təklifi Ermənistan üçün məqbuldur və bu məsələdə bir fikir birliyi var", - deyə Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə Ermənistan tərəfi və Minsk Qrupunun həmsədrləri hər iki tərəfə başlanğıc mövqelərinə qayıtmağı təklif edirlər və bundan sonra beynəlxalq himayə altında demarkasiya və delimitasiya prosesi başlayacaq.

Bundan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov Bakının Rusiyanın üçtərəfli komissiya yaradılması təklifini dəstəklədiyini bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər