Aqil Mustafayev seçkilərdə iştirak etməyəcək
"Vahid Milli Hərəkatı"nın Marneuli rayon təşkilatının sədri Aqil Mustafayev və daha bir neçə üzv yerli özünüidarə seçkilərində iştirak etməyəcək. Bu barədə bu gün, 7 avqust tarixində, partiya ofisinin qarşısında keçirilən brifinqdə məlumat verilib. Aqil Mustafayevin sözlərinə görə, səbəb onunla regional nümayəndələr arasında narzılıq olub. Baxmayaraq ki, seçkilərdə iştirak etməyəcəklər, partiyada yenə də qalırlar.

"Mənimlə birlikdə olan adamlar yalnız Mili Hərəkatın üzvü deyillər. Bu adamlar bütün kəndlərdə və regionda bu partiyanın yerli liderləridirlər. Bizim qərarımız belədir ki, VMH-da qalaq. Ancaq bu seçkilərdə iştirak etməyəcəyik. Səbəb isə odur ki, bir neçə gün ərzində bizimlə "VMH"-ın regional ofisi arasında məsləhətlər oldu. Həmin məsləhətləşmələr elə başa çatdı ki, bizimlə partiyanın regional nümayəndələri arasında razılaşma baş tutmadı.
Bizi öz seçkiləri qazanmaq üçün tam başqa strategiya düşünmüşdük. Ancaq bizə tam başqa planlar təklif etdilər. Daha bir səbəb isə odur ki, Milli Hərəkatın liderləri VMH-ın Marneuli ofisi ilə razılaşmadan müxtəlif addımlar atmasıdır."


Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl "VHM"-nın lideri Azər Süleymanov partiynı tərk edib. O, partiyanı tərk etməsi ilə bağlı öz Facebook səhifəsində yazıb. Süleymanovun sözlərinə görə, partiyanı tərk etmək qərarını, partiyada olan adamların onların xidmətini müvafiq şəkildə qiymətləndirməməsidir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər