Qaxaria, narkotiklə əlaqədar saç nümunəsi analizinin cavablarını dərc edib
Keçmiş baş nazir Qiorqi Qaxaria, Facebook hesabında narkotik istifadə etmədiyini təsdiqləyən saç testinin nəticələrini yayımlayıb.

"Avstriyadakı" FTC-Forensisch-Toxikologis ches Labor" laboratoriyası, saç nümunəsi üzərində aparılan araşdırmada narkotik istifadə etmədiyini təsdiq etmişdir", - deyə o yazıb.



Paytaxtın hazırkı meri və "Gürcü Arzusu"-nun merliyə namizədi Kaxa Kaladze sentyabrın 4-də narkotik testi keçirməyi planlaşdırdığını bildirib və digər namizədləri də bunu etməyə dəvət edib.

Kaladze əvvəlcə qərarının və çağırışının yalnız sağlam həyat tərzini təbliğ etmək olduğunu izah etsə də, sonradan "Gürcü Arzusu" liderləri keçmiş baş nazir Qiorqi Qaxariyaya müraciət ediblər.

Partiya sədri İrakli Kobaxidze keçmiş komanda yoldaşını "kokain asılısı" adlandırıb.

Sentyabrın 13-də Qiorqi Qaxaria narkotik testindən keçməyə hazır olduğunu bildirsə də, testlərin Samxarauli Ədliyyə Bürosunda deyil, Avropadakı beynəlxalq laboratoriyada aparılacağını qeyd edib.

Sentyabrın 16-da Avstriyada olduğunu, testlərdən də keçdiyini və cavablara görə heç bir narkotik istifadəsi qeydə alınmadığını söyləyib.

Xüsusilə, Qaxaria, Vyanadakı "RUDOLFINERHAUS" xəstəxanasında narkotik testinin nəticələrini dərc edib, buna görə qan və sidik testləri nəticəsində bu iki nümunədə heç bir narkotik tapılmayıb.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!