Ukrayna prezidentinin təşəbbüsü ilə Gürcüstanın baş naziri İrakli
Qaribaşvili ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında
telefon danışığı olub.
Söhbət zamanı Zelenski Ukrayna vətəndaşı, məhbus Mixeil
Saakaşvilinin səhhətinin vəziyyəti ilə maraqlanıb.
Gürcüstan hökumət administrasiyasının məlumatına görə, İrakli
Qaribaşvili ona bildirib ki, məhbus Saakaşvili digər məhbuslar kimi
cəzaçəkmə müəssisəsində olduğu ilk gündən müşahidə altındadır və 24
saat ərzində müvafiq tibbi yardım alır.
“Gürcüstan hökumətinin başçısının sözlərinə görə,
Ukrayna vətəndaşı olan Saakaşviliyə vəkilləri, ailə üzvləri, eləcə
də Gürcüstan parlamentinin deputatlarına baş çəkməyə icazə veriblər
və həbs olunduğu gündən bəri yüzdən çox şəxs onu ziyarət edib.
Prezident Zelenski məhbus Saakaşvilinin həbsxana xəstəxanasına
köçürülməsini müzakirə edib, Gürcüstanın baş naziri İrakli
Qaribaşvili Ukrayna prezidentinə məhbus Mixeil Saakaşvilinin 18-ci
müəssisəyə köçürüldükdən sonra müəssisənin əməkdaşlarına müqavimət
göstərdiyini, sözlü və fiziki təhqir etdiyini bildirib. Müvafiq
olaraq, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.
Telefon danışığı zamanı Gürcüstan hökumətinin başçısı Mixeil
Saakaşvilinin qanunsuz hərəkətlərini təxribat, dağıdıcı və ölkənin
sabitliyinə təhdid kimi qiymətləndirib və Ukrayna vətəndaşlarının
Gürcüstanın daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu
bildirib.
Gürcüstanın baş naziri həmçinin Ukrayna prezidentinə bildirib ki,
axtarışda olan Saakaşvili mühakimə olunduğu və başqa ağır
cinayətlərdə ittiham olunduğu halda Gürcüstan sərhədini qanunsuz
keçib.
“Volodimir Zelenski mümkünlüyün nəzərdən keçirilməsini və ukraynalı
həkimlərin Mixail Saakaşvilinin səhhətinin yoxlanılmasına icazə
verilməsini tələb edib, İrakli Qaribaşvili isə bildirib ki, məhbus
Saakaşvilinin səhhəti ilə gürcü peşəkar və yüksək ixtisaslı
həkimlər məşğul olur”, - Gürcüstan hökumət
administrasiyası bildirib.