Həkimlər Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinə məktubla
müraciət ediblər
və keçmiş prezidenti Mixeil Saakaşvilinin mülki xəstəxanaya
köçürülməsində kömək göstərmələrini xahiş ediblər.
Məktubda deyilir ki, Mixeil Saakaşvili üçün yüksək keyfiyyətli tibb
xidmətləri əlçatan deyil, hətta həbsxana xəstəxanasında da
kameradan fərqlənməyən palatada qalır.
“Misal üçün qeyd edə bilərik ki, bir neçə gün əvvəl
aşkarlanan əlamətlər (qastroduodenal qanaxmaların göstəricisi olan
tünd kütlələrlə qusma) tamamilə diqqətdən kənar qaldı. Bu zaman isə
müayinə mütləq idi. Xəstə ezofaqo-qastroduodenoskopiyadan
keçirilməyib və müvafiq olaraq, heç diaqnoz da təsdiqlənməyib. Belə
biganəlikdən başqa, həbsxana xəstəxanası həkimlərin konsiliumu
tərəfindən tövsiyə edilmiş standartları da qane edə bilmir. Xahiş
edirik, bizə kömək edin ki, aclıq elan etmiş xəstənin hüququnun
pozulması, şiddətə bərabər olan psixoloji təzyiq və zorakılıq
dayandırılsın. Şəhərin yüksək texnoloji klinikasında müalicə almaq
və bərpanın davam etdirilməsi üçün şərait yaradılsın ki, xəstə
həyatını, sağlamlığını itirməsin”, – həkimlərin
imzaladığı məktubda yazılıb. Məktuba imza atan həkimlər Qoqa
Çaxunaşvili, Manana Cebaşvili, Nino Xatiaşvili, Manana Kvartsxava,
Vato Surquladzedir.
Gürcüstanın keçmiç prezidenti Mixeil Saakaşvili 48-ci gündür aclıq
elan edib.
O, mülki xəstəxanaya keçiriləcəyi halda aclığı dayandırmağa
hazırdır. Həkmlərin çağırışına baxmayaraq, hakimiyyət hələ də
Saakaşvilinin mülki klinikaya köçürülməsindən imtina edir.