Bir qrup həkim Saakaşvilini çoxprofilli klinikaya köçürülməsini tövsiyə edib

Gürcüstanın Xalq Müdafiəçi tərəfindən yaradılmış multidissiplinar ekspertlər qrupu konsensus əsasında Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı hesabat hazırlayıb.



İctimai müdafiəçi Nino Lomcariyanın sözlərinə görə, hesabat iki hissədən ibarətdir: birincisi, ictimai hissə sağlamlıq vəziyyəti və tövsiyələrə aiddir, ikinci hissə isə qapalı olan və yalnız müvafiq orqana bildiriləcək klinik müayinənin nəticələridir.

Nəticənin məzmununu jurnalistlərə həkim Qiorqi Qriqolia təqdim edib. O, bildirib ki, türmə xəstəxanası Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlərə cavab vermir. Həkimlər Saakaşvilini ziyarət edib və diaqnostika aparıb.

“Saakaşvilinin vəziyyəti kritikdir. Diaqonoza əsasən getdikcə vəziyyəti daha da pisləşəcək və nəticədə epilepsiya, koma, mədə qanaxması və s. fəsadlar müşahidə oluna bilər”.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər