Qızılgül İnqilabının 18-ci ildönümü münasibətilə VMH-ın sədri Nika
Melia yazı dərc edərək bildirib ki,
dəyişikliklərin lideri Mixeil Saakaşvili bu gün həbsdədir və bu,
uzun sürməyəcək.
“2003-cü ilin Müqəddəs Qiorqi günündə Gürcüstan gücünü
toplayıb öz taleyinin çarxını fırlamağa başladı, ölkə inkişaf
yoluna qədəm qoydu!
Korrupsiyasız Gürcüstan; Fasiləsiz ali təhsil; İşıqlandırılmış ölkə
və cədvəl; Dondurulmuş pensiya əvəzinə artırılmış pensiya; “QAİ”
əvəzinə patrul; Rusiya əvəzinə Qərb; Ac bir ordu yerinə təlim
keçmiş ordu; Cinayət əvəzinə qayda-qanun; Fəaliyyətsizlik əvəzinə
islahatlar; Aslan Abaşidze əvəzinə Acarıstanda yenidənqurma;
Ümidsizlik əvəzinə perspektiv! Və bir çox şeylər! – o, bütün
bunları mümkün etdi!
Heç kim tarixi saxtalaşdıra bilməz. Bu dəyişikliklərin lideri
Mixeil Saakaşvili bu gün həbsdədir, amma uzun müddət belə
sürməyəcək! Gürcüstan yenidən güc toplayıb irəli gedəcək, mən buna
sona qədər inanıram!”, – deyə Melia sosial şəbəkədə
yazıb.