Noyabrda yaşayış minimumu azaldılıb
2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 0,5 lari azalıb.

Milli Statistika İdarəsinin məlumatına görə, ötən ay əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 223,7 lari olduğu halda, 2021-ci ilin oktyabr ayında bu rəqəm 224,2 lari olub.

2020-ci ilin eyni dövrü ilə müqayisədə noyabr ayında əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 34,2 lari artıb. Ötən ilin noyabrında yaşayış minimumu 189,5 lari olub.

Eyni zamanda, Milli Statistika İdarəsinin məlumatına görə, noyabrda oktyabr ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 0,4 lari azalaraq 198,5 lari əvəzinə 198,1 lari olub. 2020-ci ilin eyni dövrünə gəlincə, ötən ilin noyabr ayında orta istehlakçının yaşayış minimumu 167,9 lari olub.

Məlumat üçün qeyd edək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətinə malik olan kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını ehtiva edən qida məhsullarının müəyyən edilmiş normativ səbətidir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər