Qardabanidə silahlı insidentə görə saxlanılanlar var
11:30 / 22.12.2021
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları
tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri
nəticəsində Qardabani bələdiyyəsində qəsdən adam öldürməyə cəhdlə
bağlı
3 nəfər - 1995-ci il təvəllüdlü F.Ə., 1998-ci il təvəllüdlü E.M və
2001-ci il təvəllüdlü K.O. saxlanılıb.
Daxili İşlər Nazirliyindən report.ge-yə verilən məlumata görə, F.Ə.
və K.O. ağırlaşdırıcı şəraitdə qrup halında qəsdən adam öldürməyə
cəhdə görə həbs edilib.
“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər Qardabani
bələdiyyəsinin Qaratəhliə kəndində əvvəllər yaranmış münaqişə
zəminində tanışı 1984-cü il təvəllüdlü R.Z. ilə mübahisə edib,
bundan sonra avtomobildə olan təqsirləndirilən şəxslərdən biri F.Ə.
sonuncunun E.A. ilə birlikdə avtomat tüfəngdən R.Z-nin idarə etdiyi
avtomobilinə bir neçə dəfə atəş açaraq, həmin şəxsə həyati
təhlükəsi olan yaralar vuraraq cinayət ortaqları ilə birlikdə
hadisə yerindən qaçıb. R.Z. tibb müəssisəsinə yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri
nəticəsində təqsirləndirilən şəxs ertəsi gün saxlanılıb.
Ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə şəraiti ilə qrup halında
törədilmiş qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq
aparılır”, - Daxili İşlər Nazirliyi bildirib.